Tokio-2020: Braziliyalı voleybolçu dopinqə görə yarışdan uzaqlaşdırılıb
Braziliyalı voleybolçu Tandara Kayşeta yerli Dopinq Nəzarəti İdarəsi tərəfindən müvəqqəti olaraq diskvalifikasiya edilib.
Sportline.az Braziliya Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı idmançının antidopinq qaydalarını pozduğu ehtimal olunur.
Test iyulun 7-də müsabiqədənkənar müddətdə keçirilib. Kayşeta Tokio-2020 Yay Olimpiya Oyunlarından uzaqlaşdırılıb və tezliklə Braziliyaya dönəcək.
Qeyd edək ki, Braziliya millisi olimpiadanın 1/4 finalında bu gün Cənubi Koreya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.