Tokio-2020: Bu gün Azərbaycanın iki idmançısı mübarizə aparacaq
Bu gün Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Sportline.az xəbər verir ki, yarışın növbəti günündə cüdoçu Zelim Kotsoyev medal qazanmağa çalışacaq.
100 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Aleksandr İddir (Fransa) ilə üz-üzə gələcək .
Boksçu Məhəmməd Abdullayev isə olimpiadada ikinci görüşünü keçirəcək. 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda özbəkistanlı Baxodir Jalolovla döyüşəcək. Abdullayev 1/16 finalda bruneyli Denis Latıpovu mübarizədən kənarlaşdırmışdı.
Tokio-2020
29 iyul
Cüdo
100 kq
06:00 - 09:30. 1/16 final. Zelim Kotsoyev - Aleksandr İddir (Fransa)
Boks
+91 kq
07:03: 1/8 final. Məhəmməd Abdullayev - Baxodir Jalolov (Özbəkistan)
Qeyd edək ki, indiyədək Azərbaycanın 19 idmançısı olimpiada ilə vidalaşıb.