Tokio 2020: Çin liderliyini davam etdirir

Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 22 növ üzrə mübarizə gedib.

Sportline.az xəbər verir ki, daha 26 dəst medal atletika, boks, kayak və kanoe, velosiped idmanı, suya tullanma, otüstü xokkey, karate, üzgüçülük, skeytbord, idman dırmanması, stolüstü tennis və güləşdə sahiblərini tapıb. Beləliklə, 268 dəst medala 88 ölkənin idmançıları yiyələnib.

Aktivində 3 bürünc medalı olan Azərbaycan 1 pillə geriləyərək, 77-ci sırada qərarlaşıb.

Siyahıya 74 (34 qızıl, 24 gümüş, 16 bürünc) medalla Çin başçılıq edir.

91 (29 qızıl, 35 gümüş, 27 bürünc) medal qazanan ABŞ kəmiyyətcə 1-ci, keyfiyyətcə 2-ci sırada yer alıb. Medal əyarında 3-cü yeri isə 22 "qızıl", 10 "gümüş" və 14 "bürünc"lə Yaponiya tutur.

1 qızıl, 1 gümüş, 5 bürünc medalı olan Türkiyə isə 7 pillə irəliləyərək, 43-ci sırada yer alıb.