Tokio 2020: Cüdoçumuz yarımfinalda uduzdu
Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Sportline.az xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda yaponiyalı Akira Sone ilə üz-üzə gəlib.
Rəqibinə ipponla məğlub olan Kindzerska bürünc medal uğrunda görüşə qatılacaq. Rəqib isə çinli Şiyan Xu olacaq.