Tokio 2020: Daha 2 idmançımız mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 2 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Sportline.az xəbər verir ki, bunlar cüdoçu Məmmədəli Mehdiyev və boksçu Alfonso Domingesdir.
90 kq çəki dərəcəsində mübarizə aparan Mehdiyev 1/16 final mərhələsində Rafael Makedo (Braziliya) / İslam Bozbayev (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Dominges isə 1/8 finalda Dilşodbek Ruzmetovlə (Özbəkistan) üz-üzə gələcək.

Bundan başqa, ilk oyunda qələbə qazanan badmintonçumuz Eddi Reski Dviçayo L qrupunda növbəti görüşünü keçirəcək. O,  Anders Antonsenlə (Danimarka) qüvvəsini sınayacaq.

Tokio-2020

28 iyul

Cüdo

90 kq

06:00 - 09:30. 1/16 final. Məmmədəli Mehdiyev - Rafael Makedo (Braziliya) / İslam Bozbayev (Qazaxıstan)

Badminton

L qrupu

15:00. Edi Reski Dviçayo - Anders Antonsen (Danimarka)

Boks

15:27. 1/8 final. Alfonso Dominges - Dilşodbek Ruzmetov

Qeyd edək ki, indiyədək Azərbaycanın 17 idmançısı olimpiadada mübarizəni dayandırıb.