Tokio 2020: Daha 4 idmançımız mübarizəyə qoşulur
Tokio 2020 Yay Paralimpiya Oyunları davam edir.
Sportline.az xəbər verir ki, paralimpiadanın dördüncü günündə 4 təmsilçimiz mübarizəyə qoşulacaq.
Cüdo yarışlarında Sevda Vəliyeva, Xanım Hüseynova və Hüseyn Rəhimli, atletikanın nizəatma növündə isə Həmid Heydəri gücünü sınayacaq.
Xatırladaq ki, Azərbaycan komandasının hesabında 3 qızıl, 2 bürünc mükafat var. Millimiz medal sıralamasında 10-cu sırada qərarlaşıb.
28 avqust
05:30. Cüdo, qadınlar. 57 kq, 1/4 final. Sevda Vəliyeva - Dayanna Fedossova (Qazaxıstan)/Xaitxan Hüsənqızı (Qırğızıstan) cütünün qalibi
05:30. Cüdo, qadınlar. 63 kq, 1/4 final. Xanım Hüseynova - Liana Mutia (ABŞ)/Hiroko Kudo (Yaponiya) cütünün qalibi
05:30. Cüdo, kişilər. 81 kq, 1/4 final. Hüseyn Rəhimli - Daniel Pauell (Böyük Britaniya)/Arley Damyan Pereyra Aruda (Braziliya) cütünün qalibi
14:00. Atletika, kişilər. Nizəatma (F-57 kateqoriyası), final. Həmid Heydəri