Tokio 2020: Daha bir idmançımız medalsız qaldı
Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sportline.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Qazaxıstandan olan İslam Bozbayevlə üz-üzə gəlib.
Əsas vaxtda qalib müəyyənləşməyib. Qızıl xal bölümündə rəqibinə vazari ilə qalib gələn Mehdiyev 1/8 finala yüksəlib. O, bu mərhələdə rusiyalı Mixail İqolnikovla qarşılaşıb və vazari xalı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Xatırladaq ki, buna qədər mübarizəyə qoşulan cüdoçularımızdan Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.), Rüstəm Orucov (73 kq.), və Murad Fətiyev (81 kq) də çıxışlarını medalsız başa vurublar.
Xatırladaq ki, Azərbaycan Tokio-2020-yə 9 cüdoçu ilə qatılıb.