Tokio 2020: Gimnastımız ikinci çıxışını başa vurdu

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti çıxışını bitirib.

Sportline.az xəbər verir ki, 20 yaşlı idmançı halqa ilə hərəkətlərdə 23,000 xala layiq görülüb.

Ağamirova daha əvvəl topla çıxışında 23,400 xal qazanıb. O, hazırda 46,400 xalla 5-ci pillədə qərarlaşıb.

Gimnast lentlə və gürzələrlə də bacarığını göstərməyə çalışacaq. Təsnifat mərhələsində ilk 10 yeri tutan idmançı finala yüksələcək.