Tokio 2020: İlham Zəkiyev karantinə alındı, bayraqdar dəyişdi
Tokio-2020 Yay Paralimpiya Oyunlarında açılış mərasimində iştirak edəcək Azərbaycan komandasının bayraqdarı dəyişdirilib.
Sportline.az xəbər verir ki, paracüdoçu Ramil Qasımovun koronavirus testi müsbət çıxıb. Onunla yaxın təmasda olan cüdo komandasının digər 11 üzvündə PCR test nümunəsi neqativ olsa da, onlar da karantinə alınıb.
Cüdoçulardan gündəlik test nümunələri götürüləcək. Həmin idmançıların açılış mərasimində iştirakına icazə verilməyib. Onların arasında ikiqat paralimpiya çempionu İlham Zəkiyev var. Bu səbəbdən açılış mərasiminin bayraqdarı Pekin Paralimpiya Oyunlarının qalibi Oloxan Musayev olacaq.