Tokio 2020: Karate tarixində ilk olimpiya çempionu
İspaniyalı Sandra Sançes karate üzrə ilk olimpiya çempionu kimi tarixə düşüb.
Sportline.az xəbər verir ki, qadınlar arasında kata yarışlarına qatılan 30 yaşlı idmançı finalda yaponiyalı Kiyu Şimizunu məğlub edib. O, 28,06 xal, Şimizu 27,88 xal toplayıb.
Bürünc medalları isə Honq Konqdan olan Lau Qreys və İtaliya təmsilçisi Viviana Bottaro qazanıb.
Qeyd edək ki, karate olimpiadada ilk dəfə təmsil olunur. Azərbaycanı kumite növündə 3 nəfər təmsil edir. Onlardan Firdovsi Fərzəliyev (67 kq) bu gün mübarizə aparıb və qrup səddini keçə bilməyib. Rafael Ağayev (75 kq) avqustun 6-da, İrina Zaretska (+61 kq) avqustun 7-də çıxış edəcək.