Tokio 2020: Komandamız ilk onluqda

121

Tokio 2020 Yay Paralimpiya Oyunlarının altıncı yarış günündə 42 dəst medal sahibini tapıb.

Sportline.az xəbər verir ki, Azərbaycan komandası günü bir "bürünc"lə tamamlayıb.

Beləliklə, hesabında 9 qızıl, 4 bürünc medal olan millimiz üç pillə geriləyərək, onuncu pillədə qərarlaşıb. 

"Boğça"sına daha səkkiz "qızıl" əlavə edən Çin ilk pillədədəki mövqeyini bir qədər də möhkəmlədib. Komandanın aktivində 54 qızıl, 35 gümüş, 30 bürünc medal var.

Böyük Britaniya 26 qızıl, 20 gümüş, 22 bürünc mükafatla ikinciliyini davam etdirir.

Rusiya Paralimpiya Komitəsi (RPK) bir günlük fasilədən sonra yenidən üçüncü yeri ələ keçirib. Şimal qonşularımız 19 qızıl, 11 gümüş, 31 bürünc medala yiyələniblər.

ABŞ dördüncü yerə düşüb - 18 qızıl, 19 gümüş, 12 bürünc medal.

Ukrayna millisi isə əvvəlki kimi beşincidir (12 "qızıl", 27 "gümüş", 15 "bürünc").

Medal qazanan ölkələrin sayı 78-ə çatıb. Onlardan 49-u baş mükafata sahib çıxıb.

Qeyd edək ki, Paralimpiadaya sentyabrın 5-də yekun vurulacaq.