Tokio 2020: Komandamızın üzvü mübarizəni dayandırdı

Tokio 2020 Yay Paralimpiya Oyunlarının taekvondo yarışındakı son təmsilçimiz Əbülfəz Abuzərli mübarizəni dayandırıb.

Sportline.az xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində çıxış edən 30 yaşlı idmançı ikinci təsəlliverici görüşdə cənubi koreyalı rəqibinə 32:46 hesabı ilə uduzaraq bürünc medal şansını itirib.

Beləliklə, Azərbaycan taekvondoçuları Paralimpiadanı medalsız başa vurub.