Tokio 2020: Lamiyə və Yuliya finalda
Azərbaycan atletləri Lamiyə Vəliyeva və Yuliya Yanovskaya Tokio 2020 Yay Paralimpiya Oyunlarının 400 metr məsafəyə qaçış yarışında finala vəsiqə qazanıblar.
Sportline.az xəbər verir ki, Vəliyeva təsnifat mərhələsində məsafəni 55,71, Yanovskaya 56,55 saniyəyə qət edib. Hər iki idmançımız finişə ikinci çatıb.
Ən güclü "səkkizliy"in mübarizə aparacağı final mərhələsi sentyabrın 4-də baş tutacaq.
Qeyd edək ki, hər iki atletimiz avqustun 31-də keçirilən 100 metr məsafəyə qaçışda da gücünü sınayıb. Vəliyeva yarışı gümüş medalla, Yanovskaya dördüncü sırada tamamlayıb.