Tokio 2020: Medal sıralamasında son vəziyyət
Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 26 növ üzrə mübarizə gedib.
Sportline.az xəbər verir ki, daha 18 dəst medal atletika, boks, velosiped idmanı, atçılıq, üzgüçülük, yelkənli qayıqsürmə, skeytbord, ağırlıqqaldırma və güləşdə sahiblərini tapıb. Beləliklə, 243 dəst medala 85 ölkənin idmançıları yiyələnib.
Aktivində 3 bürünc medalı olan Azərbaycan 1 pillə geriləyərək, 76-cı sırada qərarlaşıb.
Siyahıya 70 (32 qızıl, 22 gümüş, 16 bürünc) medalla Çin başçılıq edir.
79 (25 qızıl, 31 gümüş, 23 bürünc) medal qazanan ABŞ kəmiyyətcə 1-ci, keyfiyyətcə 2-ci sırada yer alıb. Medal əyarında 3-cü yeri isə 21 "qızıl", 7 "gümüş" və 12 "bürünc"lə Yaponiya tutur.
1 qızıl, 5 gümüş medalı olan Türkiyə isə 50-ci sırada yer alıb.