Tokio 2020: Medallara görə ölkələr nə qədər mükafat verib??
"Forbes" maliyyə-iqtisadi jurnalı Tokio-2020 Yay Olimpiya Oyunlarının medalçılarına ən böyük məbləğdə pul ödəmiş ölkələrin reytinqini açıqlayıb.
Sportline.az xəbər verir ki, siyahıya öz medalçılarına 9,07 milyon ABŞ dolları verən İtaliya başçılıq edir. Bu ölkə 10 qızıl, 10 gümüş və 20 bürünc medal qazanıb.
İkinci yerdə 39 qızıl, 41 gümüş, 33 bürünc medala görə 7,84 milyon dollar sərf etmiş ABŞ qərarlaşıb. Üçüncü yeri isə 10 qızıl, 12 gümüş, 11 bürünc medaldan ötrü 6,51 milyon dollar xərcləmiş Fransa tutur.
Ən böyük ödəniş etmiş ölkələrin reytinqi:
1. İtaliya (9,07 milyon dollar)
2. ABŞ (7,84)
3. Fransa (6,51)
4. Macarıstan (5,64)
5. Tayvan (4,92)
6. Yaponiya (4,03)
7. İspaniya (2,55)
8. Türkiyə (2,26)
9. Serbiya (2,01)
10. Honq Konq (1,93)
Qeyd edək ki, Tokio-2020 23 iyul - 8 avqustda keçirilib.