Tokio-2020: Orxan Səfərovdan erkən vida
Azərbaycanın daha bir cüdoçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sportline.az xəbər verir ki, 66 kq dərəcəsində Orxan Səfərov 1/16 final mərhələsində Yerlan Serikjanovla (Qazaxıstan) üz-üzə gəlib.
Rəqibinə əlavə vaxtda vazari xalı ilə uduzan Səfərov Tokio-2020 ilə vidalaşıb.
Qeyd edək ki, yarışın ilk günündə Kəramət Hüseynov (66 kq) 1/8, Aişə Qurbanlı isə 1/16 final mərhələsində məğlub olub. Tokio-2020-yə avqustun 8-də yekun vurulacaq.