Tokio-2020: Paralimpiyaçı huşunu itirdiyi üçün xəstəxanaya aparılıb

Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparan belçikalı tennisçisi Yoahim Jerar xəstəxanaya yerləşdirilib.

Sportline.az Belçika Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, 32 yaşlı idmançı sentyabrın 1-də huşunu itirib, xəstəxanaya çatdırıldıqdan sonra isə özünə gəlib. Həkimlər buna ürək probleminin səbəb ola biləcəyi qənaətinə gəliblər. Jerar hazırda müayinədən keçir.

Qeyd edək ki, Yoahim Jerar dünya sıralamasında 3-cü yerdədir. O, 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.