Tokio 2020: Stadnik yarımfinalda uduzdu

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Sportline.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda yaponiyalı Yui Susaki ilə üz-üzə gəlib.

Birinci hissədə Stadnik xəbərdarlıq xalı ilə geri düşüb. İkinci yarıda rəqibinə uduzan Stadnik bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.