Tokio-2020: Triatlonçumuz 51 iştirakçı arasında 41-ci oldu
Azərbaycan triatlonçusu Rostislav Pevtsov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb.
Sportline.az xəbər verir ki, 34 yaşlı idmançı son olaraq, 10 km məsafəyə qaçış yarışına qatılıb. O, velosipedsürmə, üzgüçülük və qaçış hərəkətlərinin cəmində 1 saat 50 dəqiqə 46 saniyə nəticə ilə 41-ci yeri tutub.
Olimpiya çempionu adını norveçli Kristian Blummenfelt 1 saat 45 dəqiqə 4 saniyə nəticə ilə qazanıb. Finişə ondan 11 saniyə gec çatan böyük britaniyalı Aleks Yi gümüş, liderdən 20 saniyə geri qalan yeni zelandiyalı Hayden Vilde bürünc medal əldə edib.
Qeyd edək ki, bu, Rostislav Pevtsovun ikinci olimpiadası olub. Təcrübəli triatlonçu Rio-2016-da 39-cu yeri tutub.