Tokio olimpiadasında daha 16 nəfər koronavirusa yoluxub
Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı növbəti dəfə artıb.
Sportline.az Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, daha 16 nəfərin testi müsbət çıxıb.
Onların arasında idmançı yoxdur. Beləliklə, Tokio olimpiadasında infeksiya aşkarlanan şəxslərin sayı 170-i keçib. Bu vaxtadək yarışla bağlı 240 min test götürülüb.
Qeyd edək ki, Tokio-2020 avqustun 8-də başa çatacaq.