Tokioda yenidən himnimiz səsləndi
Tokio-2020 Yay Paralimpiya Oyunlarında 60 kq dərəcəsində fərqlənən kişi paracüdçular mükafatlandırılıb.
Sportline.az xəbər verir ki, medalçılar sırasında Azərbaycan təmsilçisi Vüqar Şirinli də yer alıb.
Finalda qazaxıstanlı Anuar Sarıyevə qalib gələn idmançı paralimpiya çempionu olub və Azərbaycan himnini səsləndirib.
Qeyd edək ki, bu gün qadın paracüdoçu Şəhanə Hacıyeva (48 kq) da qızıl medal qazanıb.