Tomas Müller "Bavariya"nı İngiltərə klubuna dəyişə bilər

"Bavariya"nın kapitanı Tomas Müller karyerasını İngiltərədə davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda Get German Football News nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, onun xidmətində "Mançester Yunayted" klubu maraqlıdır. 

Mançesterlilərin hələ bu ilin yanvarında bu transferi reallaşdırmaq istədiyi deyilir.

Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçinin münhenlilərlə müqaviləsi 2024-cü ildə bitəcək.