Tomas Müllerin taleyi müəmmalıdır
"Bavariya"nın veteran forvardı Tomas Müllerin komandada sonrakı taleyinə hələ də aydınlıq gətirilməyib.
Sportline.az xəbər verir ki, bəziləri onun mövsümün sonunda klubdan ayrılacağını söyləsə də, münhenlilərin müqavilə müddətini uzadacağını deyənlər də var.
Futbolçunun özü isə bununla bağlı suallara aydın cavab verməkdən yayınır.
O, "Bayern & Germany"nin bununla bağlı sualına "siz elə danışırsız ki, eləl bil mən yeni müqavilə imzalamaq istəmirəm" cavabını verib.
Qeyd edək ki, Müllrin müqaviləsi mövsümün sonunda başa çatır.
35 yaşlı hücumçu czri mövsümdə meydana çıxdığı 31 oyunda 5 qol, 4 asistlə yadda qalıb.
Onun transfer qiyməti 6 milyon avrodur.