Tomas Tuhel rəsmən "Çelsi"də

"Çelsi" yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, komandanı Tomas Tuhel çalışdıracaq. Almaniyalı mütəxəssislə 1.5 illik müqavilə imzalandığı bildirilib. Tuhel bu vəzifədə ötən gün istefaya göndərilən Frenk Lempardı əvəzləyib.

Qeyd edək ki, Tuhel son olaraq PSJ-ni çalışdırıb.