Tonali "Nyukasl"ı tərk edir
"Nyukasl Yunayted"in italiyalı futbolçusu Sandro Tonali klubdan ayrılacaq.
Sportline.az "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, Tonali yenidən İtaliya A Seriyasında çıxış edə bilər.
24 yaşlı futbolçunun transfer dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Tonali 2023-cü ilin yayında "Milan"dan "Nyukasl"a 58.9 milyon avro qarşılığında transfer olunmuşdu.
Onun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.