Toni Ferqyuson: "Həbib gedəndə mənim bir hissəm onunla getdi"
Yüngül çəkidə keçmiş UFC çempionu Toni Ferqyuson (25-9) keçmiş yüngül çəki çempionu Həbib Nurməhəmmədov (29-0) və onun köhnə komandasının gedişindən sonra eyni döyüşçü olmadığını etiraf edib.
Spoertline.az xəbər verir ki, Ferqyusonn bu barədə açıqlaması gündəm olub.
“Həbib gedəndə mənim bir hissəsim onunla getdi, çünki aramızda həmişə o enerji var idi. Və o yoxa çıxanda pandemiya başladı və komandam məni tərk etdi, hər şey dağıldı, heç nəyim qalmadı”, - Ferqyuson "MMA Saatı"nda deyib.
Ferqyuson və Peddi Pimblett (20-3) dekabrın 16-da ABŞ-ın Las-Veqas şəhərindəki "T-Mobile Arena"da baş tutacaq ilin son nömrəli turniri - UFC 296-da döyüşəcəklər.