"Tottenhem" bu futbolçuya görə 80 milyon avro ödəməyə hazırdır

"Borussiya Dortmund"un ingiltərəli futbolçusu Ceymi Gittens "Tottenhem"in maraq dairəsinə düşüb.

Sportline.az "The Sun Football"a istinadən xəbər verir ki, London klubu Gittens üçün qarşı tərəfə 80 milyon avro təklif edib.

20 yaşlı futbolçu ilə "Bavariya"da yaxından maraqlanır.

Qeyd edək ki, Gittensin "Dortmund"la müqaviləsi 2028-ci ilin yayına qədərdir.