"Tottenhem" "Feyenoord"un futbolçusunu istəyir
"Tottenhem" yay transfer pəncərəsi dövründə "Feyenoord"un brazilyalı futbolçusu İqor Paişaonu transfer etməyə çalışacaq.
Sportline.az "The Sun Football"a istinadən xəbər verir ki, Niderland klubunun rəhbərliyi Paişao üçün qarşı tərəfdən 30 milyon avro tələb edir.
24 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 32 oyunda 8 qol və 14 asistlə yadda qalıb.
Qeyd edək ki, Paişao "Tottenhem"də çıxış etməyə müsbət baxır.