“Tottenhem” London derbisində qalib gəldi

İngiltərə Premyer Liqasında 8-ci turun açılış matçı London derbisi ilə əlamətdar olub.

Sportline.az xəbər verir ki, “Tottenhem” öz meydanında “Vest Hem Yunayted”lə qarşılaşıb. Görüş “mahmızlar”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

“Tottenhem” 4:1 “Vest Hem Yunayted”

Qollar: Deyan Klusevski 36, Yves Bissuma 52, Areola 55 (ö.q), Hön Min-Son 60, Mohammed Kudus 18.

“Vest Hem”in futbolçusu Mohammed Kudus 86-cı dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki,  “Tottenhem” 13 xalla 6-cı, “Vest Hem” isə 8 xalla 14-cü pillədə qərarlaşır.