“Tottenhem” - “Mançester Siti”: Heyətlərdəki son durum

İngiltərə Premyer Liqasında 27-ci turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, turun mərkəzi matçında "Tottenhem" "Mançester Siti" ilə münasibətləri aydınlaşdıracaq.

"Mançester Siti"də əsas itki Con Stounz, Oskar Bobb, Manuel Akanji və Rodri zədə səbəbindən oyunu buraxmalı olacaq. Erlinq Halaandın durumu matç saatında bəlli olacaq.

"Tottenhem"də isə Timo Verner, Romero, Van de Ven, Draguşin, Solanke və Rişarlison baş məşqçi Ange Postekoğlunun sərəncamında olmayacaq.

Oyunun ədalət təmsilçisi Cerred Cillet olacaq.

Qeyd edək ki, "Tottenhem" - "Mançester Siti" matçı bu gün Bakı vaxtı ilə saat 23:30-da başlanacaq.