"Tottenhem" onlarla vidalaşdı
“Tottenhem” Klement Lanqe ilə əməkdaşlığa son verdiyini açıqlayıb.
Sportline.az xəbər verir ki, 2022/23 mövsümünün əvvəlində "Barselona"dan icarəyə götürülən müdafiəçi İspaniyaya qayıdır. Fransız London klubunda 35 oyun keçirib və 1 qol vurub.
Həmçinin "Tottenhem" "Vilyarreal"dan Arnaud Danjuma ilə vidalaşıb. Qışda dəvət olunan hücumçunun hesabında 12 oyun və 2 qol var.