"Tottenhem" Qaret Beyli "Real Madrid"ə qaytarır

İngiltərənin "Tottenhem" klubu futbolçusu Qaret Beyli komandada saxlamaq istəmir.

Sportline.az "The Times" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi İspaniya "Real Madrid"indən icarəyə götürülən 32 yaşlı hücumçunu geri qaytarmaq niyyətindədir.

Rəhbərlik yayda icarə müddəti bitəcək uelsli oyunçu ilə vidalaşacaq.

Qeyd edək ki, Qaret Beyl 2020/2021 mövsümündə "Tottenhem" forması ilə 12 matça çıxıb və 3 qol vurub. Onun "Real Madrid"lə müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Beyl 2013-cü ildə Madrid klubuna məhz "Tottenhem"dən keçib.