"Tottenhem" Romero ilə yola davam edəcək

"Tottenhem"in argentinalı futbolçusu Kristian Romero klubla yeni müqavilə imzalayacaq.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Qreymi Beyli məlumat yayıb.

London klubu Romeroya 3 illik yeni müqavilə təklif edib.

Qeyd edək ki, 26 yaşlı futbolçunun "Tottenhem"lə hazır ki müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Romero bu mövsüm çıxış etdiyi 14 oyunda 1 qolla yadda qalıb.