"Tottenhem" ulduzu ilə vidalaşır
"Tottenhem" cənubi koreyalı futbolçusu Hın Min Sonla yollarını ayırmağı düşünür.
Sportline.az "Give Me Sport" nəşrinə istinadən xəbər verir ki, Son London klubunda ayrılmağa müsbət yanaşır.
32 yaşlı futbolçununun "Tottenhem"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Son 2015-ci ildən bu klubda çıxış edir.
Onun transfer dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.
"Mançester Yunayted" Sonla yaxından maraqlanır.