"Tottenhem" yaponiyalı futbolçunun xidmətində maraqlıdır

"Ştutqart"ın müdafiəçisi Hiroki İto karyerasını İngiltərədə davam etdirə bilər.

Sportline.az xəbər verir ki, Tottenhem 25 yaşlı futbolçu üçün almaniya klubuna rəsmi təklif göndərməyə hazırlaşır.

Futbolçunun Ştutqartla müqaviləsində 30 milyon avro qarşılığında sərbəst qalma bəndi var.

Qeyd edək ki, Hiroki İto daha əvvəl karyerasında Yaponiya klublarında çıxış edib.