"Tottenhem" yeni baş məşqçisini açıqladı
"Tottenhem"in yeni baş məşqçisi məlumdur.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi bu vəzifəyə "Seltik"in çalışdırıcısı Angelos Postekoğlunu təyin edib.
57 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, avstraliyalı məşqçi 2021-ci ildən çalışdığı "Seltik"lə iki dəfə Şotlandiya çempionu adını qazanıb.