"Tottenhem"dən "Liverpul"a transfer olacaq
"Tottenhem"in niderlandlı müdafiəçisi Miki Van de Ven mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" Miki Van de Ven üçün qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.
23 yaşlı futbolçunun "Tottenhem"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Miki Van de Ven bu mövsüm çıxış etdiyi 12 matçda 2 asistlə yadda qalıb.