"Tottenhem"ə gələcək baş məşqçinin planları bəllidir

"Tottenhem"ə yeni baş məşqçi təyin olunduqdan sonra heyətində yeniliklər planlaşdırır.

Sportline.az xəbər verir ki, komandaya Ange Postekoqlunun rəhbərlik edəcəyi bildirilir. “The Telegraph”a görə, “Tottenhem” “Seltik”ə təxminən 5 milyon funt-sterlinq təzminat ödəyəcək. Razılaşma yaxın vaxtlarda açıqlanacaq.

57 yaşlı avstraliyalının rəhbərliyi altında komandanın tərkibi əhəmiyyətli dərəcədə dəyişmək planlaşdırılır. "Tottenhem" Uqo Lyoris, İvan Perişiç, Erik Dayer, Ben Deyvis, Devidson Sançesi, Rayan Sessenyonu buraxmağa hazırdır. İcarəyə verilən Arno Danjuma yenidən "Vilyarreal"a qayıdacaq. "Tottenhem" həmçinin Klement Lenqleni yenidən "Barselona"ya göndərə bilər.

Bundan əlavə, klub müvəqqəti olaraq başqa komandalarda çıxış edən Covani Lo Selso, Serxio Reqilon, Harri Uinksi satmağa çalışacaq. "Napoli"dən icarəyə götürülən Tanquy Ndombele ilə bağlı hələ qərar verilməyib.

Banner