"Trabzonspor" Avropada 150-ci oyununa çıxacaq
Uefa Avropa Liqasının ikinci təsnifat mərhələsində səfərdə "Ruzomberok"la qarşılaşacaq "Trabzonspor" Avrokuboklarda 150-ci oyununa çıxacaq.
Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, Türkiyə təmsilçisi buna qədər keçirdiyi 149 Avrokubok oyununda 54 qələbə, 37 heç-heçə və 56 məğlubiyyət yaşayıb. Bu görüşlərdə rəqib qapılarına 190 qol vuran Qaradəniz klubu , öz qapısında 250 qol görüb.
"Trabzonspor" Avropa arenasında ən böyük hesablı qələbəsini 2008-ci ildə Albaniya klubu "Vllaznia" üzərində qazanıb.(6-0)
Ən böyük hesablı məğlubiyyət isə 1990/1991 mövsümündə 7-2- lik hesabla "Barselona"ya qarşı qeydə alınıb.
Qeyd edək ki, "Ruzomberok"- "Trabzonspor" oyunu iyulun 25-də saat 20:30-da başlanacaq