"Trabzonspor" Slovakiya millisinin oyunçusu ilə maraqlanır

Növbəti mövsüm üçün artıq bir neçə transferini rəmsləşdirən "Trabzonspor"un növbəti hədəfi slovakiyalı müdafiəçidir.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, Qaradəniz təmsilçisi "Kopenhagen"in 28 yaşlı futbolçusu Denis Vavronu heyətinə qatmaq istəyir.

Vavro 2022-ci ildə "Latsio"dan "Kopenhagen"ə 4.5 milyon avro qarşılığında transfer olunub.

Qeyd edək ki, təcrübəli müdafiəçi Slovakiyanın AVRO 2024-ün qrup mərhələsində keçirdiyi hər 3 oyuna da start heyətdə başlayıb.