Transfer pəncərəsindən baxış

Azərbaycan Premyer Liqasında çıxış edən klublar 2020/2021 mövsümünün qış transfer çalışmalarını davam etdirirlər.

Sportline.az xəbər verir ki, yanvarın 10-da açılan qış “transfer pəncərəsi” fevralın 10-da bağlanacaq.


"Neftçi"

Gələn
: Orxan Qurbanlı ("Səbail": icarədən qayıdıb)

Gedənlər: Prins İbara (“Beerşot”, Belçika: icarə müqaviləsinə xitam verilib), Cabir Əmirli ("Sumqayıt": icarə)

Müqavilə müddətini uzadan: yoxdur


"Qarabağ"

Gələn
: yoxdur

Gedən: Musa Qurbanlı ("Zirə", icarə)

Müqavilə müddətini uzadan: yoxdur


"Zirə"

Gələnlər:
 Musa Qurbanlı ("Qarabağ", icarə), Nemanya Andelkoviç ("Zlatibor", Serbiya)

Gedənlər: Kayo Rangel, Rəşad Eyyubov

Müqavilə müddətini uzadan: yoxdur


"Sumqayıt"

Gələnlər:
 Cabir Əmirli ("Neftçi": icarə), Mehdi Şərifi ("Paykan", İran), Höccət Haqverdi ("Peykan", İran), Dmitri Nağıyev

Gedənlər: Adəm Həmati, Kərəm Sultanov

Müqavilə müddətini uzadan: yoxdur


"Qəbələ"

Gələn
: yoxdur

Gedən: yoxdur

Müqavilə müddətini uzadan: yoxdur


"Səbail"

Gələn
: Luka İmnadze ("Samtredia", Gürcüstan)

Gedənlər: Arsen Ağcabəyov ("Sabah": icarə müqaviləsinə xitam verilib), Orxan Qurbanlı ("Neftçi": icarə müqaviləsinə xitam verilib), Əli Sadıxov, Murad Qayalı, Bəxtiyar Rəhmani, Elgün Nəbiyev

Müqavilə müddətini uzadan: yoxdur


"Keşlə"

Gələnlər:
 Anatole Abanq ("Şerif", Moldova), Nicat Qurbanov ("Samtrediya", Gürcüstan), Sadio Tounkara ("Narva Trans", Estoniya), Yunis Hüseynov (baş məşqçi)

Gedənlər: Aleksandr Kristovao, Şohrux Qadoyev, Artur Batista, Alvaro Tavareş, Dmitri Klots

Müqavilə müddətini uzadan: yoxdur


"Sabah"

Gələnlər:
 Arsen Ağcabəyov ("Səbail": icarədən qayıdıb), Tiemoko Fofana (“İlves”, Finlandiya: icarə), Bəxtiyar Həsənalızadə

Gedənlər: Yevgeni Koçuk, Ozan Can Kökçü ("Telstar", Niderland: icarəyə), Ulisse Diallo

Müqavilə müddətini uzadanlar: Təmkin Xəlilzadə, Şakir Seyidov