Trent Messini ən güclü rəqib adlandırdı: “O, sadəcə olaraq ən yaxşısıdır”

Trent Aleksander-Arnold ən yaxşı komanda yoldaşı və ən güclü rəqibini seçib.

Sportline.az xəbər verir ki, "Liverpul"un müdafiəçisi Mohamed Salahı eyni komandada oynadığı ən yaxşı oyunçu adlandırıb: "Düşünürəm ki, o, çoxlu qol vurur. Futbolda bunu etmək ən çətin şeydir və əgər o, bunu belə ardıcıllıqla edirsə, o, ən yaxşısıdır".

İngilis futbolçu Lionel Messini isə ən çətin rəqib adlandırıb.