Trinkao "Əl-Əhli"yə keçib
Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu Fransişku Trinkaonun transferini rəsmən açıqlayıb.
Sportline.az xəbər verir ki, 26 yaşlı portuqaliyalı vinger Portuqaliyanın “Sportinq” klubundan ayrılaraq Səudiyyə Ərəbistanı təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.
Transferin maliyyə detalları rəsmi açıqlanmasa da, tanınmış insayder Fabrizio Romanonun məlumatına görə, “Əl-Əhli” bu keçid üçün 45 milyon avro ödəyəcək. Müqavilədə əlavə 5 milyon avro bonus da nəzərdə tutulub.