"Turan Tovuz" "Kəpəz"i məğlub etdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tur başlanıb.

Sportline.az xəbər verir ki, açılış oyununda "Turan Tovuz" evdə "Kəpəz"lə qarşılaşıb və 2 cavabsız qolla qalib gəlib.

Azərbaycan Premyer Liqası

VI tur

9 sentyabr (cümə)

16:30. “Turan Tovuz” – “Kəpəz” 2:0
Qol: Roni Eva, 39, 77-pen.

Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Eyyub İbrahimov, Rövşən Rəcəbov
VAR: Elçin Məsiyev
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Munis Abdullayev
Tovuz şəhər stadionu.

Qeyd edək ki, turun digər 4 matçı şənbə və bazar günləri oynanılacaq. Sentyabrın 10-da "Qəbələ" - "Neftçi" və "Səbail" - "Zirə", 1 gün sonra isə "Sumqayıt" - "Şamaxı" və "Qarabağ" - "Sabah" oyunları baş tutacaq.

Banner