"Turan Tovuz"da yeni müqavilələr

“Turan Tovuz” daha 4 futbolçusu ilə müqaviləni uzadıb.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev və Vüsal Məsimovla sözləşmə daha 1 il müddətinə artırıb. Onlar, 2023/2024-cü illər mövsümünün sonunadək Tovuz təmsilçisində çıxış edəcəklər.

Qeyd edək ki, "Turan Tovuz" buna qədrə Ayxan Hüseynov, Kamal Bayramov, Tərlan Əhmədli, Sadiq Quliyev, Tərlan Quliyev, Ehtiram Şahverdiyev və Eltun Turabovla da müqaviləni uzadıb.