Turin klubundan "Milan"a keçdi

“Milan” yeni transferə hazırlaşır.

Sportline.az “Sky Sport Italia”ya istinadən xəbər verir ki, “rassonyeri” “Torino”nun futbolçusu Sualixo Meyteni heyətinə cəlb edir. 26 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər icarə müqaviləsi bağlanacağı bildirilib.

Fransalı futbolçunun bu gün tibbi müayinədən keçəcəyi qeyd olunub.

Meyte bu mövsüm “Torino”nun heyətində 16 oyunda iştirak edib, 1 qol və  1 məhsuldar ötürmə ilə yadda qalıb.