Türk futbolçu Almaniyanın ən yaxşısı seçildi

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Emre Can 2023-cü ildə Almaniyanın ən yaxşı futbolçusu seçilib.

Sportline.az xəbər verir ki, milli komanda X sosial şəbəkəsində təcrübəli futbolçunu təbrik edib.

Təbrik "30 mindən çox səsi 30 yaşının tamam olduğu gündə toplayasan... Təbriklər, Emre" yazısı ilə paylaşılıb.

Qeyd edək ki, Emre Can bu mövsüm meydana çıxdığı 13 oyunda 1 qol və iki asist müəllifidir.