Türk futbolçu Rusiyada het-trik etdi

Rusiyanın SSKA klubunda oynayan Türkiyə millisinin üzvü Yusuf Yazıcı uğurlu çıxışını davam etdirir.

Sportline.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ötən gün Premyer Liqanın  22-ci turunda "Rubin"lə oyunda (6:1) het-trik edib.

O, 5, 67 və 86-cı dəqiqədə fərqlənib. Bununla da türk futbolçu SSKA-nın heyətində Premyer Liqada 4 oyuna 6 qol vurub.

Qeyd edək ki, müqavilə ilə Fransa "Lill"inə məxsus olan Yusuf bu ilin yanvarında icarə əsasında Rusiya klubuna keçib.