Türkiyə baş məşqçi daha 2 il "Kardiff"də çalışacaq

Türkiyəli mütəxəssis Erol Bulut karyerasına İngiltərədə davam edəcək.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Çempionşip komandalarından "Kardiff Siti", baş məşqçi Erol Bulutla müqavilənin 2 il müddətinə uzadıldığını açıqlayıb.

Bu mövsümün əvvəlindən "Kardiff"ə rəhbərlik edən  49 yaşlı çalışdırıcı komanda ilə çıxdığı 50 oyunda 21 qələbə, 5 bərabərlik və 24 məğlubiyyət yaşayıb.

Qeyd edək ki, Bulut daha əvvəl "Fənərbağça", "Gaziantep" və "Alanyaspor" klublarında çalışıb.