Türkiyə klubunda koronavirus şoku

Türkiyə Super Liqasında çıxış edən "Kasımpaşa" klubunun 7 futbolçusunda koronavirus aşkarlanıb.

Sportline.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, hazırda komanda ilə birlikdə olan 5 oyunçunun testi müsbət nəticələnib.

Klub iki futbolçusunun isə ölkələrinin milli komandalarında koronavirusa yoluxduğunu bildirib.

Qeyd edək ki, "Kasımpaşa" Superliqanın IX turunda "Konyaspor"un qonağı olacaq. Noyabrın 22-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.